14 
İyn
2021
13:12
254
12
3573
yuxarı
Potidən Daşkəndə ilk konteyner qatarı yola düşdü: Azərbaycandan keçəcək
14 İyn, 2021
13:12
3573
254
12
Potidən Daşkəndə ilk konteyner qatarı yola düşdü: Azərbaycandan keçəcək
İlk dəfə olaraq Gürcüstanın Poti limanından Özbəkistanın paytaxtı Daşkəndə konteyner blok qatarı yola salınıb.
“Azərbaycan Dəmir Yolları” QSC yanında “ADY Konteyner” MMC-dən Oxu.Az-a verilən məlumata əsasən, tranzitlə Azərbaycan ərazisindən keçəcək qatar 58 konteynerdən ibarətdir.
Qatarla Avropa İttifaqı ərazisində istehsal olunmuş alüminium tərkibli sənaye məhsulları Orta Asiyaya daşınır.
Konteynerlər Bakı limanına çatdıqdan sonra operatoru “ADY konteyner” şirkəti olan fider gəmisi vasitəsilə Türkmənbaşı limanına göndəriləcək. Daha sonra qatar Türkmənistan və Özbəkistan dəmir yolları vasitəsilə yoluna davam edəcək.
Bu layihə üzrə ümumilikdə 200 ədəd konteyner daşınacaq.
Bizimlə əlaqə saxlayın
Digər İqtisadiyyat xəbərləri
20 
Apr
2024
00:00
“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək? - VİDEO
101
9
2668
19 
Apr
2024
20:00
Azərbaycanla Ermənistan arasında mühüm razılaşma - Xəbərlərin 20:00 buraxılışı
92
9
695