14 
İyn
2021
14:54
114
34
1167
Virtual karabakh

AŞPA məruzəçisi Azərbaycanın humanitar addımını alqışlayıb

14 İyn, 2021
14:54
1167

AŞPA məruzəçisi Azərbaycanın humanitar addımını alqışlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AŞPA-nın Ermənistan-Azərbaycan münaqişəsinin humanitar nəticələri üzrə məruzəçisi Pol Qavan 15 erməni əsirin sərbəst buraxılması və Ağdam rayonunda 100 minə yaxın minanın əks olunduğu xəritənin Azərbaycana təhvil verilməsi xəbərini alqışlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, o, ötən il altı həftə davam edən müharibənin humanitar nəticələrini azaltmaq üçün addımlar atılmasının son dərəcə vacib olduğunu bildirib.

Məruzəçi hər iki tərəfi müxtəlif beynəlxalq aktyorların köməyi və dəstəyilə müharibənin ağır nəticələrin aradan qaldırılması üçün səylərini bundan sonra da davam etdirməyə çağırıb.

Qeyd edək ki, P.Gavan 2021-ci ilin mayında Ermənistana səfər edib. O, yaxın vaxtlarda Ermənistan-Azərbaycan münaqişəsinin humanitar nəticələri barədə hesabatını tamamlamaq üçün Azərbaycana səfər etməyi planlaşdırır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri