14 
İyn
2021
15:54
15
83
893
Virtual karabakh

“Atəşgah” Sığorta Şirkətinin müştəriləri üçün onlayn həkim məsləhəti artıq əlçatandır! - FOTO

Ötən il üzləşdiyimiz COVID-19 pandemiyası səbəbilə hər birimizin həyatında qlobal dəyişikliklər baş verib. Bu dövr ərzində bir çox qadağalar və çətinliklərlə üzləşən insanlar virusa yoluxma ehtimalının böyük olmasını nəzərə alaraq, fərqli obyektlərdə, xüsusilə səhiyyə ocaqlarında yaranan növbələrdə gözləməməyə üstünlük verirlər.

Sizin və ailənizin sağlamlığını düşünərək “Atəşgah” Sığorta Şirkəti bu istiqamətdə yeni həll yolu taparaq telesəhiyyə xidmətinin daxil olduğu “Yüz yaşa” tibbi sığorta məhsulunu təqdim edir.
Bu unikal məhsulu əldə edən müştərilər olduqları məkanı tərk etmədən audio və ya video zəng vasitəsilə peşəkar həkim məsləhətindən, telehəkimin təyinatı ilə təcili və təxirəsalınmaz tibbi yardımın çağırılması və digər xidmətlərdən yararlana bilərlər. Ölkə ərazisində yaşayan 18-50 yaş arası istənilən şəxs (012) 940 qısa nömrəsinə zəng edərək “Yüz yaşa” məhsulunu tez bir zamanda əldə edə bilər.

“Yüz yaşa” məhsulunun baza paketinə daxil olan xidmətlər aşağıdakılardır:

• Təcili hospitalizasiya və təcili stasionar yardım;

• Dərmanların çatdırılması;

• Telehəkimin təyinatı ilə təcili və təxirəsalınmaz tibbi yardımın çağırılması;

• Təcili vaksinasiyalar və s.

Yüksək etibarlılıq imicinə malik olan “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri