14 
İyn
2021
17:06
171
7
34406
Virtual karabakh

Son bir həftə ərzində nə qədər ərazi minalardan təmizlənib? - FOTO

14 İyn, 2021
17:06
34406

Son bir həftə ərzində nə qədər ərazi minalardan təmizlənib? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

ANAMA-dan verilən məlumata görə, iyunun 7-dən 12-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 596, tank əleyhinə 54 mina və 144 Partlamamış Hərbi Sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 1 116 762 kvadratmetr (111,6 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri