16 
İyn
2021
10:32
298
22
5907
yuxarı
Azərbaycan nefti bir qədər də bahalaşıb
16 İyn, 2021
10:32
5907
298
22
Azərbaycan nefti bir qədər də bahalaşıb
Azərbaycan neftinin qiyməti artmaqda davam edir.
“Azeri Light” markalı neftin bir bareli 0,57 ABŞ dolları və ya 0,76 faiz bahalaşıb.
Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 75,18 ABŞ dollarını təşkil edib.
Qeyd edək ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.