16 
İyn
2021
16:52
92
58
2058
Virtual karabakh

Mikayıl Cabbarov BMT və Azərbaycan arasındakı münasibətlərdən danışdı - FOTO

16 İyn, 2021
16:52
2058

Mikayıl Cabbarov BMT və Azərbaycan arasındakı münasibətlərdən danışdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin icrası üzrə İstiqamətləndirici Komitənin iclasında BMT-nin Ölkə üzrə İdarə Heyəti (United Nations in Azerbaijan) ilə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik”. 

Oxu.Az-ın məlumatına görə, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb.

O bildirib ki, sənədin icrası dayanıqlı sosial iqtisadi inkişafa, işğaldan azad olunmuş ərazilərimizin bərpasına və milli prioritetlərin reallaşdırılması istiqamətində layihələrin həyata keçirilməsinə töhfə verəcək.

Eləcə də nazir BMT-nin (United Nations in Azerbaijan) Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzainin ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar ona BMT ilə ölkəmizin səmərəli əməkdaşlığına verdiyi töhfələr üçün təşəkkür edib və uğurlar arzulayıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri