16 
İyn
2021
19:16
224
94
2862
Virtual karabakh

İbadət yerləri işçilərinin birdəfəlik maskalardan təkrar istifadəsi qadağan edilib

16 İyn, 2021
19:16
2862

İbadət yerləri işçilərinin birdəfəlik maskalardan təkrar istifadəsi qadağan edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dini ibadət yerlərinin işçi heyətinin şəxsi gigiyenası qaydaları müəyyənləşib.

Bu, Səhiyyə Nazirliyinin təsdiqlədiyi ibadət yerlərinin koronavirus infeksiyasının idarə olunmasına dair metodiki göstərişlərdə öz əksini tapıb.

Sənədə əsasən, şəxsi gigiyena qaydalarına riayət edilməli, işə başlamazdan, tullantılarla təmasdan, təmizlik işlərindən, sanitar qovşaqdan istifadədən, asqırma və öskürmədən, siqaret çəkdikdən sonra işçilərin əllərini təmiz yumasına və ya dezinfeksiyasına nəzarət edilməlidir.

Tibbi maskalardan ümumi istifadə qaydaları:

- işçi heyətin və ziyarətçilərin ibadət yerlərində olduqları müddətdə (dəstəmaz vaxtı istisna olmaqla) maskanın istifadəsi məcburidir;

- maskalar ağız və burun nahiyəsini səliqəli örtməklə, üz və maska arasındakı boşluqları minimuma endirmək şərti ilə taxılmalıdır;

- istifadə zamanı maskanın ağızla təmasda olan hissəsinə toxunmaq olmaz;

- maska çıxarılan zaman müvafiq texnikaya əməl edilməlidir (maskanın ön hissəsinə toxunmaq olmaz, arxa hissəsindəki ipləri vasitəsilə çıxarılmalıdır);

- maskanı çıxardıqdan sonra əllər spirtlə təmizlənməli, yaxud sabun və su ilə təmiz yuyulmalıdır;

- maska çirkləndikdə və ya nəmləndikdə dəyişdirilməsi vacibdir;

- Birdəfəlik maskalardan təkrar istifadə edilməməlidir;

- birdəfəlik maskaların istifadəsindən sonra onların zərərsizləşdirilməsi və kənarlaşdırılması vacibdir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri