17 
İyn
2021
12:00
194
17
2127
Virtual karabakh

Dördqat dünya çempionu olan nazirlik əməkdaşından növbəti uğur - FOTO

17 İyn, 2021
12:00
2127

Dördqat dünya çempionu olan nazirlik əməkdaşından növbəti uğur - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

12-14 iyun 2021-ci il tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Stronqmen Federasiyasının təşkilatçılığı ilə Bakı Su İdmanı Sarayında açıq hava şəraitində “Stronqmen” güc yarışması üzrə Azərbaycan çempionatı keçirilib.

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Rövşən Xəlilov yarışda rekord nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ölkənin ən güclülərinin müəyyənləşdiyi yarışda Rövşən Xəlilov 80 kq çəki dərəcəsində “Stronqmen” idman növü üzrə “Log lift”, “Deadlift” (340 kq rekord ) və 2 tondan çox ağırlığı olan maşınıdartma hərəkətində (22 saniyə) 1-ci yerə layiq görülüb. O, öz qələbəsini hərbi salam ilə qeyd edərək bu uğuru şəhidlərimizə, qazilərimizə və bütün hərbçilərimizə həsr edib.

17 iyun 2021-ci il tarixində FHN-in İdman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev idmançını qəbul edərək, onu qazandığı nailiyyətə görə təbrik edib və idmançıya qiymətli hədiyyə təqdim olunub.

Qeyd edək ki, Rövşən Xəlilov Azərbaycan çempionu və rekordçusu olmaqla yanaşı üçqat Avropa və dördqat dünya çempionu, fəxri idman ustasıdır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri