17 
İyn
2021
18:26
175
18
2812
Virtual karabakh

Dəfələrlə məhkum olunmuş şəxsdən narkotik maddə götürüldü - FOTO

17 İyn, 2021
18:26
2812

Dəfələrlə məhkum olunmuş şəxsdən narkotik maddə götürüldü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zaqatalada narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon ərazisində hərəkət edən VAZ-2115 markalı avtomobildə sərnişin qismində əyləşən, əvvəllər dəfələrlə məhkum olunmuş şəhər sakini Arif Muhumayevin satış məqsədilə üzərində külli miqdarda narkotik vasitə daşımasına dair Zaqatala Rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub.

Avtomobilin hərəkəti dayandırılıb və şəxsi axtarış zamanı A.Muhumayevin üzərində daşıdığı sintetik kisədən altı kiloqram narkotik vasitə olan qurudulmamış marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri