18 
İyn
2021
11:55
24
111
2204
Virtual karabakh

İlkin mərhələdə kredit hansı tələbələrə veriləcək? - RƏSMİ AÇIQLAMA

18 İyn, 2021
11:55
2204

İlkin mərhələdə kredit hansı tələbələrə veriləcək? - RƏSMİ AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Tələbənin təhsil aldığı müəssisə lisenziya ilə fəaliyyət göstərirsə, kredit onun müraciətinə əsasən veriləcək”.

Oxu.Az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, ilkin mərhələdə kredit tələbə ixtisası daşıyan orta ixtisas, yüksək peşə ixtisası, bakalavr və magistr tələbələrinə veriləcək:

“Buna Himayəçilər Şurası qərar verəcək. Bu kateqoriyadan olan tələbələr 90 faizdir və demək olar ki, hamısını əhatə edəcək”.

“Tələbələr işləyəndən sonra kreditləri qaytarmalıdır ki, digər tələbələr də bundan yararlana bilsin. Tələbə kreditləri dövlətin mənfəət əldə etdiyi kreditlər deyil. Qaytarılması ilə bağlı nəzarət mexanizmləri olacaq”, - deyə nazir əlavə edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri