18 
İyn
2021
13:48
207
23
4503
Virtual karabakh

Ələt Azad İqtisadi Zonasının fəaliyyətə başlaması üçün müvafiq işlərə start verilib

18 İyn, 2021
13:48
4503

Ələt Azad İqtisadi Zonasının fəaliyyətə başlaması üçün müvafiq işlərə start verilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ələt Azad İqtisadi Zonasının təqdimatı keçirilib.

Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) məlumatına əsasən, onlayn formatda keçirilən görüşdə konfederasiyanın prezidenti Məmməd Musayev, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin səlahiyyətli şəxsləri, ASK-nın xarici ölkələrdəki nümayəndələri və 100-dək sahibkar iştirak edib.

“Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb ticarət marşrutlarının mərkəzində, eləcə də böyük bazarlara ən yaxın məsafədə yerləşməsi Azad Ticarət Zonasının iqtisadi səmərəliliyini artırmaqla, onun Mərkəzi Asiya, İran, Rusiya, Türkiyə, Yaxın Şərq bazarlarına xidmət etməsinə imkan verəcək”, - deyə konfederasiyanın prezidenti bildirib.

Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov hazırda görülən işlər barədə sahibkarlara məlumat verib. V.Ələsgərov iqtisadi zonanın qanunvericiliyi, şərtləri, qaydaları, orada yaradılan şərait haqqında danışıb. O bildirib ki, Ələt Azad İqtisadi Zonasının fəaliyyətə başlaması üçün müvafiq işlərə artıq başlanılıb və investorlarla görüşlərə start verilib:

“Ələt Azad İqtisadi Zonası regionda ən yaxşı şərait və şərtlər əsasında işləyəcək və idarə olunacaq. İşləmək istəyən hər bir sahibkara vaxt ayırmağa, daha geniş məlumat verməyə hazırıq”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri