18 
İyn
2021
13:32
248
8
1788
Virtual karabakh

Yeni mənzillə təmin olunmuş şəhid ailəsi ilə görüş olub - FOTO

18 İyn, 2021
13:32
1788

Yeni mənzillə təmin olunmuş şəhid ailəsi ilə görüş olub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Ramil Mürşüd oğlu Yusifovun ailəsini ziyarət edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin baş giziri olmuş Ramil Yusifov Tərtər rayonunun Talış kəndi uğrunda gedən döyüşlərdə iştirak edib, Suqovuşan istiqamətində döyüşlərdə şəhid olub. İki övladı olan şəhidin ailəsi Bakının Ramana qəsəbəsində yeni ikiotaqlı mənzillə təmin edilib.

Görüş zamanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun əldə etdiyi möhtəşəm zəfərdən, həmçinin Ramil Yusifovun Vətən müharibəsində göstərdiyi igidliklərdən bəhs edilib.

Agentliyin sədri ailənin sosial vəziyyəti ilə maraqlanıb. O, ailənin yaşayışının hər zaman diqqətdə saxlanacağını vurğulayıb. Şəhid ailələri üçün nəzərdə tutulan digər dəstək tədbirləri ilə əhatə olunacaqlarını da qeyd edib.

Hərbi xidməti dövründə 6 medal və 11 fəxri fərmanla təltif edilən tank komandiri Ramil Yusifov dövlət başçısının Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri