18 
İyn
2021
16:07
45
387
7409
Virtual karabakh

Qazi adından istifadə edildiyi deyilən şəxsdən açıqlama: “Daşaltıda yaralanmışam” – YENİLƏNİB + FOTO/VİDEO

18 İyn, 2021
16:07
7409

Qazi adından istifadə edildiyi deyilən şəxsdən açıqlama: “Daşaltıda yaralanmışam” – YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son günlər sosial şəbəkələrdə və xəbər saytlarında qazi adından istifadə edilməsi ilə gündəmə gələn Elvin Zeynalov açıqlama verib.

E.Zeynalov Oxu.Az-a bildirib ki, onun haqqında saxta Qarabağ qazisi olması barədə səsləndirilən fikirlər həqiqəti əks etdirmir. O həqiqətən də qazidi.

“Vətən müharibəsi başlayan zaman 2020-ci ilin oktyabrın 5-də könüllü olaraq döyüşlərə qatılmışam. Mən tank komandiri, manga komandiri olmuşam, Füzuli, Cəbrayıl və Şuşa istiqamətlərində döyüşlərdə olmuşam”, - deyə o, bildirib.

E.Zeynalov qeyd edib ki, Daşaltı istiqamətlərində yaralanıb:

“Nəticədə kəllə-beyin travması almışam. Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında da müalicə almışam. Məndə Hərbi Həkim Komisiyyasının qərarı var ki, Azərbaycan Respublikasının müdafiəsi uğrunda döyüşlərdə travma almışam”.

O döyüşlərdə iştirak etməsi barədə sənədləri təqdim edib.

13.28

Son günlər sosial şəbəkələrdə və xəbər saytlarında qazi adından sui-istifadə edilməsi halları geniş müzakirə edilir. Müharibə ilə əlaqəsi olmayan veteran və əlillərin törətdiyi qanunazidd əməllər barədə məlumatlar və videolar paylaşılır. Belə müzakirələrin getdiyi vaxtda qazi adından istifadə edib qanunsuz əməllərin törədilməsi ilə bağlı yeni fakt qeydə alınıb. 

Qarabağ uğrunda gedən döyüşlərdə könüllü iştirak etdiyini deyən Elvin Zeynalov evinin olmadığını, illərdir kirayələrdə yaşadığını əsas gətirərək neft sənayesinə aid torpaq sahəsini zəbt edib qanunsuz tikinti işləri aparmağa başlayıb. Onun zəbt etdiyi ərazi Balaxanı Əməliyyat şirkətinin neft mədəninin sahəsində, 200 mm-lik Sabunçu-Böyükşor yerüstü neft kəmərindən cəmi altı metr məsafədə yerləşir. Halbuki qanunla boru xəttindən azı 50 metr məsafədə hər hansı tikinti işlərinin aparılması qadağan edilir.

Əməlinin qanunazidd olması barədə Elvin Zeynalova mühafizəçilər tərəfindən dəfələrlə xəbərdarlıq olunub, lakin o tikintinin dayandırılmasını tələb edən mühafizəçilərə bıçaqla hücum çəkib. Elvin Zeynalov heç bir sənədinin olmadığını, “Qarabağ qazisi” olduğunu bildirib və buna görə də onun qanunsuz tikintisinə göz yumulmasını tələb edib.

Elvin Zeynalovun gecəqondusunda inşaat işləri sona yaxınlaşdıqca, tikilinin ev yox, obyekt olduğu məlum olub. Sən demə “evim yoxdur, illərdir kirayələrdə sürünürəm” deyən Elvin özünə ev yox, obyekt tikdirirmiş. Qarabağ adından, şərəfli qazi ünvanından istifadə edib qanunsuz əməllərinə göz yumulmasını tələb edən Elvinin daha bir yalanını isə ətrafda yaşayan sakinlər üzə çıxardı. Onların dediyinə görə Elvinin tikinti apardığı ərazini bir neçə il əvvəl özünü polis əməkdaşı kimi təqdim edən Əzizov Cəmaləddin Fərzalı oğlu zəbt edib. O 2020-ci ilin avqust ayında zəbt etdiyi ərazidə tikinti işləri aparmağa çalışsa da, aidiyyəti qurumlar tərəfindən buna icazə verilməyib. Daha sonra Cəmaləddin Əzizov tikinti işlərini başa çatdırmaq üçün nələrinsə müqabilində Elvin Zeynalovu bu işlərə cəlb edib. Ondan tələb olunan isə budur ki, hərbi forma geyinib tikinti ərazisində görünsün, qoy gələn-gedən görsün ki, tikinti işlərini qazi aparır. Belə olanda heç kim qanunsuz tikintiyə müdaxilə etməz.

Görünən odur ki, qazi adından istifadə edib xalqa məxsus torpaqları zəbt edən, bu şərəfli adı əlində bayraq edib çirkin niyyətlərini gerçəkləşdirməyə çalışanlara cəmiyyət olaraq sərt reaksiya bildirməsək, hələ uzun müddət bu məsələ geniş müzakirələrə səbəb olacaq. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri