18 
İyn
2021
13:24
103
20
3476
Virtual karabakh

Sabahın hava proqnozu AÇIQLANDI

18 İyn, 2021
13:24
3476

Sabahın hava proqnozu AÇIQLANDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda iyunun 19-da gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, iyunun 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.  

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 29-34, Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda 23-24 dərəcə isti olacaq.

İyunun 19-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, səhər bəzi dağlıq ərazilərdə duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 34-39, dağlarda gecə 12-17, gündüz 22-27 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyunun 19-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri