18 
İyn
2021
14:36
10
98
1857
Virtual karabakh

TƏBİB rəsmisi AstraZeneca vaksininin yalnız 60 yaş üzəri şəxslərə vurulmasına aydınlıq gətirdi

18 İyn, 2021
14:36
1857

TƏBİB rəsmisi AstraZeneca vaksininin yalnız 60 yaş üzəri şəxslərə vurulmasına aydınlıq gətirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“AstraZeneca vaksini ölkəyə məhdud sayda gətirildiyindən onun ilk mərhələdə yaşlı və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslərə vurulması nəzərdə tutulub”.

Oxu.Az xəbər verir ki, TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva bunu COVAX platformasının dəstəyi ilə istehsal olunan AstraZeneca vaksininin sırf 60 yaş üzəri şəxslərə vurulmasına aydınlıq gətirərkən deyib. 

O bildirib ki, bu, həmin vaksinin məhdud sayda olması ilə əlaqəlidir:

“Vaksin ölkəyə məhdud sayda gətirildiyindən onun ilk mərhələdə yaşlı və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslərə vurulması nəzərdə tutulub. Bu, vaksinasiya ilə bağlı mövcud standartda da qeyd olunub”.

N.Mustafayeva onu da əlavə edib ki, vaksinasiyadan altı ay sonra növbəti dəfə peyvəndlənmək üçün hələlik heç bir qərar yoxdur:

“Bu məsələyə kliniki araşdırmalardan sonra aydınlıq gətiriləcək”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri