18 
İyn
2021
17:04
19
151
4634
Virtual karabakh

Koronavirusdan sağalan şəxslər immunitet sertifikatını necə əldə edə bilərlər? - RƏSMİ

18 İyn, 2021
17:04
4634

Koronavirusdan sağalan şəxslər immunitet sertifikatını necə əldə edə bilərlər? - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“COVID-19 testi neqativ KT və rentgen müayinəsinin nəticəsinə görə isə virusa yoluxmuş şəxslər sertifikat əldə etmək istəyirlərsə, xəstəlikdən sağaldıqdan sonra peyvənd olunmalıdırlar”.

Oxu.Az verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva COVID-19 testi neqativ KT və rentgen müayinəsinin nəticəsinə görə virusa yoluxan şəxslərin nə etməli olduqlarına dair sualı cavablandırarkən deyib.

O bildirib ki, bu şəxslər xəstəliyin aktiv dövrünü keçirdikdən sonra mütləq peyvənd olunmalıdırlar:

“Nəzərə almaq lazımdır ki, test cavabı neqativdir. Odur ki, müayinə nəticələri onların sertifikat əldə etmələri üçün kifayət etmir”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri