18 
İyn
2021
20:58
17
244
2343
Virtual karabakh

Oğuzda yük maşını qaz xəttini qırıb, 40 abonent qazsız qalıb - FOTO

18 İyn, 2021
20:58
2343

Oğuzda yük maşını qaz xəttini qırıb, 40 abonent qazsız qalıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün axşam saatlarında Oğuz şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, Balakən istiqamətində hərəkətdə olan “Mercedes” markalı yük avtomobili idarəetmədən çıxaraq qaz xəttini qırıb. Nəticədə həmin ərazidə yaşayan təqribən 40 abonentə “mavi yanacağ”ın verilməsi dayandırılıb.

Əraziyə “Azəriqaz” İstehsalat Birliyinin Oğuz Qaz İstismarı İdarəsinin əməkdaşları cəlb olunub.

Qaz xəttinin qırılması nəticəsində yaxınlıqdakı bir neçə sayğac da yararsız vəziyyətə düşüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri