19 
İyn
2021
12:23
53
157
6916
Virtual karabakh

Məcburi köçkün ailələri narazıdır: Niyə “Qızılqum”dan ailələr tam köçürülmür? - AÇIQLAMA+FOTO

19 İyn, 2021
12:23
6916

Məcburi köçkün ailələri narazıdır: Niyə “Qızılqum”dan ailələr tam köçürülmür? - AÇIQLAMA+FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabunçu rayonu, Pirşağı qəsəbəsi, “Qızılqum” sanatoriyasında qalan vətəndaşlar narazıdır.

Vətəndaşlar bildirib ki, orada yaşayanlan məcburi köçkün ailələrinin əksəriyyəti Ramana qəsəbəsinə köçürülsə də, 12 ailə yeni məkanda yerləşdirilməyib.

Məsələ barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq.

Komitədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, “Qızılqum” sanatoriyasından Ramana qəsəbəsinə məcburi köçkün ailələrinin əksəriyyətinin köçürülməsi başa çatıb:

“Hazırda adıçəkilən sanatoriyada birotaqlı mənzilə köçürüləcək ailələr qalıb. Həmin 12 ailə yaxın günlərdə yeni mənzillə təmin ediləcək. Diqqətinizə çatdırırıq ki, Dövlət Komitəsinin mənzil fondunda boş yaşayış sahələri yoxdur, eyni zamanda, məcburi köçkünlər üçün yeni yaşayış sahələri inşa edilmir. Onlar üçün mənzillər bundan sonra yalnız işğaldan azad edilmiş ərazilərdə tikiləcək”.

“Məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə mərhələli qaydada qayıdışı zamanı ilk növbədə ən ağır vəziyyətdə yaşayanlar yeni yaşayış sahələri ilə təmin olunacaqlar”, - deyə qurumdan əlavə edilib. 

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri