19 
İyn
2021
13:09
17
258
3876
Virtual karabakh

Türkiyədən gətirilən hind quşu dərisi YARARSIZ ÇIXDI

19 İyn, 2021
13:09
3876

Türkiyədən gətirilən hind quşu dərisi YARARSIZ ÇIXDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycana gətirilən 1,2 ton hind quşu dərisi yararsız çıxıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, qurumun həyata keçirdiyi nəzarət tədbirləri zamanı Türkiyədə fəaliyyət göstərən “Briterra Gida İç Ve Dış Ticaret Anonim Şirketi” tərəfindən istehsal olunan və “Ladess Group” MMC tərəfindən ölkəmizə idxal edilən hind quşu dərisi məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirib.

Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Müayinələr nəticəsində məhsul partiyasında patogen mikroorqanizm olan salmonella aşkar edilib. Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq qərar qəbul edilib və istehlak üçün yararsız 1.2 ton hind quşu dərisi məhsulunun satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri