19 
İyn
2021
18:44
127
21
1410
Virtual karabakh

FHN tərəfindən qəza-xilasetmə ilə bağlı təlim - FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Fövqəladə hal zonasında qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili” mövzusunda təlim-məşq keçirilib.

Akademiyanın kursantları üçün keçirilən təlim-məşq FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi tərəfindən təşkil olunub. Tədbir nəzəri və praktiki hissələrdən ibarət olmaqla iki mərhələdə təşkil edilib.

Təlimin açılışında çıxış edən FHN Akademiyasının rəisi general-mayor Baba Salayev qeyd edib ki, tədbirin keçirilməsində məqsəd kursantlara Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin istifadəsində olan xüsusi təyinatlı nəqliyyat vasitələri, xilasetmə alət və avadanlıqları barədə məlumatların verilməsi, həmçinin kursantların xilasetmə, pirotexniki, kinoloji sahələr üzrə bilik və bacarıqlarının artırılmasıdır.

B.Salayev təlim iştirakçılarına uğurlar arzulayıb, qarşıya qoyulmuş vəzifələrin öhdəsindən uğurla gələcəklərinə əmin olduğunu bildirib.

Tədbirdə çıxış edən FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin idarə rəisi Azadi Quliyev təlimin şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə saxlanılması üçün əhəmiyyətindən danışıb.

Həyat fəaliyyəti təhlükəsizliyinin təmin edilməsi sahəsində yüksək ixtisaslı kadrların yetişdirilməsinin vacibliyini nəzərə çatdıran idarə rəisi bu cür təlimlərin kursantların qəza-xilasetmə işləri ilə bağlı biliklərinin artırılması və müvafiq vərdişlərinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. 

Təlim-məşqin nəzəri hissəsində kursantlara FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) istifadəsində olan xüsusi təyinatlı nəqliyyat vasitələri, xilasetmə alət və avadanlıqları barədə məlumat verilib.

Praktiki hissədə isə “zərərçəkmiş”lərin hündürlükdən təxliyəsi, şərti uçqun və sürüşmə baş vermiş ərazidə axtarış və xilasetmə işləri, nəqliyyat vasitəsində olan “partlayış təhlükəli əşya”nın kinoloji qrup tərəfindən aşkar edilməsi, pirotexnik qrupu tərəfindən zərərsizləşdirilməsi və qəza-xilasetmə işlərinə dair digər şərti əməliyyatlar nümayiş olunub.

Təlimə 35 nəfər canlı qüvvə və 6 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi cəlb olunub, xilasetmə alət və avadanlıqlarından istifadə edilib. Həmçinin, təlimdə XRXX-nin kinoloji qrupuna məxsus xüsusi təlim görmüş itlərdən də istifadə edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri