19 
İyn
2021
15:42
515
45
3221
Virtual karabakh

Həkimdən pozitiv proqnoz: “Payızda epidemioloji vəziyyət pisləşməyəcək”- VİDEO

19 İyn, 2021
15:42
3221

Həkimdən pozitiv proqnoz: “Payızda epidemioloji vəziyyət pisləşməyəcək”- VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Peyvəndlənmə prosesi bu sürətlə davam edərsə, epidemioloji vəziyyət payızda sərt olmayacaq”.

Bunu “ABR 24”ün “Nə baş verir?” verilişinə açıqlamasında həkim Ümüd Səlimzadə deyib. O bildirib ki, mayın 25-dən sonra vaksinasiya prosesi sürətlənib:

“Prosesin sürətlənməsinə səbəb də COVID pasportları məsələsinin gündəmə gəlməsidir.

Sözügedən tarixdən etibarən gündəlik 40-60 min insanın peyvəndlənməsi baş tutur. Proses bu sürətlə davam edərsə, ayda 1.2 milyon, avqustun sonuna kimi isə 3.6 milyon peyvəndlənmə görə bilərik. Bizim yeddi milyon əhalinin peyvəndlənməsinə ehtiyacımız var. Artıq üç milyon insan peyvəndlənib və 3.6 milyon insan da yayın sonuna kimi peyvəndlənsə, bizi çox da sərt qapanmaların olmayacağı payız gözləyə bilər”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri