19 
İyn
2021
17:31
13
227
2538
Virtual karabakh

Bakı işıqlarının yıxılan dirəkləri - FOTO

19 İyn, 2021
17:31
2538

Bakı işıqlarının yıxılan dirəkləri - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən əsrin 70-ci illərindən paytaxt Bakı müxtəlif sahələrin inkişaf mərkəzinə çevrilir. Yeni parklar salınır, yollar çəkilir, küçələr işıqlandırılır. 

Təsadüfi deyil ki, Bakının bu gözəlliyi filmlərdə əks olunur, mahnılarda tərənnüm edilir. Elə şair Adil Rəsulun və bəstəkar Elza İbrahimovanın “Bakının işıqları” mahnısını Şövkət Ələkbərovanın ifasında dinləmək, həmin dövrün paytaxtını təsəvvür etməyə imkan verir. 

Mahnıda deyildiyi kimi, “Qırmızı, yaşıl, sarı, Bakının işıqları” bu gün də paytaxta bir başqa gözəllik verir. Nəzər salsaq, görərik ki, son 20 il ərzində Bakının nəinki mərkəzi küçə və prospektləri, eləcə də kənar ərazilər durmadan işıqlandırılır. Məhz Prezident İlham Əliyevin müxtəlif dövrlərdə imzaladığı ayrı-ayrı fərman və sərəncamlar yol infrastrukturunun tərkib hissəsi olan küçələrin işıqlandırılmasında mühüm rol oynayıb. Amma qeyd edilənlər işin yaxşı tərəfi olsa da, həm də problemləri də qeyd etməyi unutmaq lazım deyil. Hər birimiz paytaxtın küçə və prospektlərində işıq dirəklərinin bəzən qəzalı vəziyyətdə olduğunu, bəzən isə, ümumiyyətlə olmadığının şahidi oluruq.

“Kaspi” qəzetinin apardığı araşdırma nəticəsində məlum olub ki, işıq dirəkləri paytaxtın bir neçə küçə və prospektlərinin bir hissəsində, ümumiyyətlə yoxdur. Bu o demək deyil ki, əvvəllər həmin yerdə işıq dirəkləri olmayıb. Əlbəttə ki, olub, lakin müxtəlif vaxtlarda baş vermiş avtoqəzalar və ya başqa səbəblərdən sıradan çıxıb.

Məsələn, araşdırma apardığımız Əhməd Rəcəbli, Təbriz küçəsi və bu küçə ilə Əhməd bəy Ağaoğlu küçəsinin kəsişməsində, eləcə də Mətbuat prospektində sıradan çıxmış işıq dirəkləri hələ də bərpa edilməyib. Analoji vəziyyət Binəqədi rayonunun ətraf ərazilərində də müşahidə edilir. Bəs işıq dirəkləri niyə bərpa edilmir? Avtoqəzalar və başqa səbəblərdən yararsız vəziyyətə düşən işıq dirəklərinin bərpası üçün hansı prosedurlar həyata keçirilməlidir? Bu məsələdə cavabdeh qurumların mövqeyi nədən ibarətdir?     
 

Problemlə bağlı “Kaspi” qəzetinin sorğusuna cavab olaraq Bakı şəhər İşıqları İdarəsindən bildirildi ki, küçələrdə işıq dirəkləri əsas etibarı ilə yol-nəqliyyat hadisələri zamanı sıradan çıxır: “Yeni dirəklərin qoyulması, zədələnmiş işıq dirəklərinin bərpası üçün müvafiq qurumlar tərəfindən məhkəmə orqanlarına müraciət edilir. Hadisəni törətmiş  sürücü tərəfindən dəymiş ziyan icbari sığorta qaydasında kompensasiya edilir”.

Məlumatda o da qeyd edilir ki, işıq dirəkləri müxtəlif xarici ölkələrdən gətirilir: “Onların yenidən sifariş edilərək gətirilməsi isə müəyyən vaxt tələb edir. İşıq dirəklərinin daxilində yerləşən naqillərinin qorunması üçün onlar elektrik xəttindən ayrılır və həmin yer xüsusi qapaqlarla örtülür. Təəssüf ki, bəzi hallarda bu qapaqlar da oğurlanır. Lakin belə hallar baş verdikdə, qurum tərəfindən yeni qapaqlar yerləşdirilir”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri