19 
İyn
2021
23:07
39
412
2636
Virtual karabakh

Qazaxda taxıl sahəsində baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Qazax rayon Aslanbəyli kənd ərazisində taxıl sahəsində baş vermiş yanğın söndürülüb.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, yanğın biçilmiş və biçilməmiş taxıl sahələrini əhatə edib.

Hektarlarla ərazini əhatə edən yanğının söndürülməsi üçün əraziyə Qazax və Ağstafa rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Hazırda yanğın söndürülüb.

Yanğın nəticəsində dəymiş ziyan araşdırılır.

19:32

Qazax rayonunda biçilməmiş taxıl sahəsində yanğın başlayıb.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Aslanbəyli kənd ərazisində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qazax rayon Yanğından mühafizə hissəsinin və Ağstafa rayon Yanğından mühafizə hissəsinin yanğın söndürən maşınları cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri