19 
İyn
2021
22:28
24
589
7576
Virtual karabakh

Salyanda dörd uşaq anası özünü Kürə atıb - YENİLƏNİB

19 İyn, 2021
22:28
7576

Salyanda dörd uşaq anası özünü Kürə atıb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Salyan rayonun Seyidsadıqlı kənd sakini, 1992-ci il təvəllüdlü Bəndəliyeva Ayşən Nemət qızının kənd ərazisindən keçən Akkauşa çayında (Bala Kür) boğulduğu ehtimal olunur.

“Report”un əldə etdiyi məlumata görə, buna səbəb A. Bəndəliyevanın “Mən özümü Kürə atacam” yazısının olmasıdır.

Bundan narahat olan qadının yaxınları Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat veriblər.

Hadisə yerinə FHN-nin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb edilib. Hazırda Akkuşa çayında axtarışlar davam etdirilir.

Qeyd edək ki, A. Bəndəliyeva ailəlidir, üç qızı, bir oğlu var.

 

20:20

Kür çayının Salyan rayonu, Seyidsadıqlı kəndi ərazisindən keçən hissəsində 1992-ci il təvəllüdlü Bəndəliyeva Ayşən Nemət qızı batıb.

“Report” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Qeyd olunub ki, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri