19 
İyn
2021
22:55
14
250
1887
Virtual karabakh

Cəlilabadda meşəlik ərazidə yanğın olub - FOTO

19 İyn, 2021
22:55
1887

Cəlilabadda meşəlik ərazidə yanğın olub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

19 iyun 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Cəlilabad rayonunun Alaşar kəndi yaxınlığında mürəkkəb relyefə malik dağlıq və meşəlik ərazidə yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Məlumat əsasında görülmüş operativ tədbirlər sayəsində yanğın geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumilikdə dağlıq və meşəlik ərazidə 1 ha sahədə quru ot, kol-kos və qurumuş ağac budaqları yanıb.

Yanğın Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qüvvələri, habelə yerli sakinlər və polis əməkdaşlarının birgə səyi ilə söndürülüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri