21 
İyn
2021
10:48
41
160
1693
Virtual karabakh

Dövlət komitəsi məscidlərdə monitorinq keçirir - FOTO

21 İyn, 2021
10:48
1693

Dövlət komitəsi məscidlərdə monitorinq keçirir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi pandemiya ilə bağlı məscidlərdə karantin qaydalarına əməl edilib-edilməməsi ilə bağlı monitorinqlər keçirir”.

Oxu.Az xəbər verir ki, bu sözləri dövlət komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, ölkədə dini konfensiyalarla birlikdə ibadətlərin yerinə yetirilməsinə şərait yaradılmasında köməklik göstərilir:

“Ölkəmizdə bütün ibadət yerlərində qəbul edilən qaydalara ciddi əməl olunur. Bu, belə də olmalıdır. Nəzərə almalıyıq ki, bütün məhdudiyyətlər müvəqqətidir. Hər birimiz müvəqqəti çətinlikdən yaranan məsələlərə səbirlə yanaşmalıyıq. Mömin insanlar bu məhdudiyyətlərin zəruriliyini başa düşür”.

Könül Cəfərli
FOTO: Tapdıq Abdullayev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri