21 
İyn
2021
11:08
12
210
1130
Virtual karabakh

Mübariz Qurbanlı: “İşğal edilən ərazilərdə məscidləri özgəninkiləşdirməyə çalışıblar”

21 İyn, 2021
11:08
1130

Mübariz Qurbanlı: “İşğal edilən ərazilərdə məscidləri özgəninkiləşdirməyə çalışıblar”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İşğaldan azad olunan ərazilərdə məscidlər, kilsələr, eləcə də Qafqaz Albaniyasına aid məbədlər var. Onların bərpası istiqamətində ciddi tədbirlər həyata keçirilir”.

Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, bununla bağlı Prezident İlham Əliyev Şuşada çıxışı zamanı fikirlər səsləndirib:

“O qeyd etdi ki, işğaldan azad olunmuş ərazilərdə təmir işləri həyata keçiriləcək. Qəsbkar ermənilər işğaldan azad edilən ərazilərdə olan bütün dini abidələri demək olar ki dağıdıblar. 67 məsciddən cəmi bir məscid qalıb ki, onu da özgəninkiləşdirməyə çalışıblar. Bəzi məscidlər yarımdağıdılmış vəziyyətdə olub, bəziləri isə ümumiyyətlə məhv edilib”.

M.Qurbanlı onu da əlavə edib ki, bu ərazilərdə olan Provaslav kilsələr də ya dağıdılıb, ya da özgəninkiləşdirilməyə çalışılıb.

“Həmin ərazilərdə islama aid olan dini abidələr içərisində məscidlərin bərpası istiqamətində artıq işlərə başlanılıb. O cümlədən Qafqaz Albaniyasına aid olan dini məbədlərə Alban Dini İcmasının səfərləri təşkil edilir. Həmin kilsələrin də bərpası istiqamətində addımlar atılır. Ümid edirəm ki, bu işlər də işğaldan azad edilən ərazilərdə aparılan abadlıq-quruculuq işləri çərçivəsində yaxın zamanda tam şəkildə həll ediləcək”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri