21 
İyn
2021
11:16
146
44
1037
Virtual karabakh

Komitə sədri: “Vətən müharibəsində ermənilərin münaqişəni dini müstəviyə daşımaq cəhdlərinin qarşısı alınıb”

21 İyn, 2021
11:16
1037

Komitə sədri: “Vətən müharibəsində ermənilərin münaqişəni dini müstəviyə daşımaq cəhdlərinin qarşısı alınıb”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“20 il ərzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ölkədə dini maarifləndirmə sahəsində ciddi təbliğat işləri aparıb”.

Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. 

Onun sözlərinə görə, görülən işlər nəticəsində Azərbaycanın dövlət-din modeli dünyaya örnək kimi təqdim edilib:

“Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, Azərbaycanın dövlət-din modelinin təşviq və təbliği ilə bağlı beynəlxalq konfranslarda mütəmadi iştirak etmişik”.

M.Qurbanlı Azərbaycanın müzəffər ordusunun Vətən müharibəsində qazandığı şanlı qələbəsindən də danışıb:

“Vətən müharibəsi dövründə ermənilərin bu müharibəni dini müstəviyə daşımaq cəhdlərinin qarşısı alınıb. Bu istiqamətdə komitəmiz, eləcə də ölkədəki dini konfessiyalar geniş fəaliyyət göstəriblər. Ölkə başçımız tərəfindən komitəmizin işçiləri təltif olunub, bu da bizə və fəaliyyətimizə verilən dəyərdir. Ölkə başçısına dərin təşəkkürümüzü bildiririk”.

M.Qurbanlı və komitənin üzvləri əvvəlcə Fəxri xiyabanı, daha sonra isə Şəhidlər xiyabanını ziyarət ediblər.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri