21 
İyn
2021
14:20
16
180
2200
Virtual karabakh

Agentlikdən vətəndaşa xəstə heyvanların verilməsi iddiasına CAVAB: “Aktivlər veriləndə sağlam idi” - VİDEO

21 İyn, 2021
14:20
2200

Agentlikdən vətəndaşa xəstə heyvanların verilməsi iddiasına CAVAB: “Aktivlər veriləndə sağlam idi” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Biləsuvar rayon sakini Süleyman Mahmudova Dövlət Məşğulluq Agentliyi tərəfindən xəstə heyvanlar verilməsi ilə bağlı bəzi sosial şəbəkələrdə yayılan iddialar həqiqəti əks etdirmir.

Bu barədə Oxu.Az-a Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.

Bildirilib ki, vətəndaş bir müddət əvvəl öz istəyi əsasında özünüməşğulluq proqramına cəlb edilib və postmüharibə tədbirləri çərçivəsində növbədənkənar şəkildə 20 qoyun, bir qoç və 400 kiloqram yem ilə təmin olunub:

“S.Mahmudova aktivlər təqdim olunan zaman heyvanların sağlamlığına dair rəsmi baytarlıq rəyi ilə təhvil-təslim aktı tərtib edilib, vətəndaşla məşğulluq mərkəzi arasında müqavilə imzalanıb. 

Vətəndaşa heyvanlar təqdim edilən zaman tam sağlam və təsərrüfat artımına yararlı olub. Üstəlik Süleyman Mahmudov ona təqdim edilən heyvanları şəxsən özü seçib və razılığını bildirib. Bunu təqdim edilən videoda da əyani görmək olar”.

Qeyd edilib ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən Süleyman Mahmudovun həyat yoldaşı Dürdanə Əliyevanın da məşğulluğu təmin edilib. Belə ki, D.Əliyeva 2020-ci ildə haqqı ödənilən ictimai işlərə cəlb edilib və hazırda çalışır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri