21 
İyn
2021
13:21
255
14
4408
Virtual karabakh

Bakıda 19 məktəb direktoru işdən azad edilib - RƏSMİ

21 İyn, 2021
13:21
4408

Bakıda 19 məktəb direktoru işdən azad edilib - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-2021-ci tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrinə 8 nəfər direktor vəzifəsinə işə qəbul edilib, 21 direktorun iş yeri dəyişdirilib.

Oxu.Az xəbər verir ki, İdarə tərəfindən 25 məktəb direktoru Fəxri Fərmanla təltif edilib.

118 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb. Çalışmanın yaş həddinə çatmış 36 direktorla müqavilənin müddəti 2020-2021-ci tədris ili çərçivəsində uzadılıb. 19 direktorla bağlanmış əmək müqaviləsi ləğv edilib, 1 ümumi təhsil məktəbinin (304) fəaliyyəti dayandırılıb, 1 ümumi təhsil məktəbinin (152) fəaliyyəti bərpa edilib.

Eyni zamanda 66 nəfər müxtəlif vəzifələrə təyin edilib. Belə ki, BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə 43 nəfər, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə 23 nəfər təyin olunub.

BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində çalışmanın yaş həddinə çatmış 901 nəfərlə müddətli müqavilə bağlanıb.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri