21 
İyn
2021
17:08
346
21
5497
Virtual karabakh

Azərbaycandan keçən və Süveyş kanalına rəqib olan Şimal-Cənub dəhlizi işə düşdü - FOTO

21 İyn, 2021
17:08
5497

Azərbaycandan keçən və Süveyş kanalına rəqib olan Şimal-Cənub dəhlizi işə düşdü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Finlandiyanın Helsinki şəhərindən Hindistanın Nava Şeva limanına ilk konteyner blok qatarı yola düşüb.

“ADY Konteyner” MMC-dən Oxu.Az-a verilən məlumata əsasən, dəhliz ilə ilk konteyner qatarı müvafiq olaraq Rusiya, Azərbaycan və İran ərazisindən keçməklə Hindistana çatdırılacaq.

Qatarın daşıdığı yük kağız məhsullarından ibarətdir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin iştirakçı ölkələrinin müvafiq dəmir yolları operatorlarının sıx əməkdaşlığı nəticəsində həyata keçirilən bu layihə pilot xarakteri daşıyır.

Hazırkı pilot qatarın nəticələrindən asılı olaraq dəhliz üzrə qatarların hərəkəti mütəmadi olacaq. Konteynerlər yükləmə üçün Finlandiyaya göndərilmiş “ADY Konteyner” şirkətinə məxsus olan dəmiryolu platformaları ilə daşınır. Dəhliz üzrə blok qatar ümumilikdə 7 200 km məsafə qət edərək təyinat yerinə çatdırılacaq.

Qeyd edək ki, Hindistanla Rusiya və Şimali Avropa ölkələri arasında nəqliyyat bağlantısı yaradan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ölkəmizin tranzit imkanlarından istifadə baxımından vacib əhəmiyyətə malikdir. Qərb, Orta və Şərq marşrutlarından ibarət olan bu dəhlizin Qərb marşrutu Azərbaycan ərazisindən keçir. Bir müddət əvvəl Süveyş kanalında yaranmış vəziyyətin qlobal təchizat zənciri üçün təhdidlərini nəzərə alaraq, bu dəhlizin transkontinental yükdaşımalar üçün rolu tədricən arta bilər.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri