21 
İyn
2021
17:57
375
106
12294
Virtual karabakh

Novxanıda yol polisi rüşvət alıb? - DİN-dən rəsmi AÇIQLAMA

21 İyn, 2021
17:57
12294

Novxanıda yol polisi rüşvət alıb? - DİN-dən rəsmi AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələrdə Dövlət Yol Polisi əməkdaşının rüşvət alması barədə görüntülər yayılıb.

Videogörüntüdə sürücüyə adının Nazim olduğunu deyən yol polisi onu saxlayır. Daha sonra isə gülərək, mehribancasına sağollaşıb yola salır. İddia edilir ki, yol polisi sürücüdən rüşvət alıb.

Videonun Novxanı ərazisində lentə alındığı qeyd edilir.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, yayılan videogörüntülər əsasında araşdırma aparılır:

“Həmin görüntülərlə bağlı müvafiq araşdırmalara başlanılıb. Araşdırmanın nəticələrindən asılı olaraq ictimaiyyətə məlumat veriləcək”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri