22 
İyn
2021
14:12
202
29
5223
Virtual karabakh

Nöqsanlar aşkarlanan xəstəxanaların SİYAHISI - YENİLƏNİB

22 İyn, 2021
14:12
5223

Nöqsanlar aşkarlanan xəstəxanaların SİYAHISI - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində fəaliyyət göstərən və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilən yoxlamalar zamanı ciddi nöqsanlar aşkarlanan xəstəxanaların adları məlum olub.

Bununla bağlı “Report” məlumat yayıb. 

Nöqsan aşkarlanan xəstəxanalar aşağıdakılardır:

- Xaçmaz Rayon Mərkəzi Xəstəxanası

- Siyəzən Müalicə Diaqnostika Mərkəzi

- Saatlı Rayon Mərkəzi Xəstəxanası

- Hacıqabul Rayon Mərkəzi Xəstəxanası

- Göygöl Rayon Xəstəxanası

- Samux Rayon Xəstəxanası

- Biləsuvar Rayon Xəstəxanası

- Lənkəran Rayon Xəstəxanası.

10:31

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində fəaliyyət göstərən bır sıra tibb müəssisələrində yoxlamalar başa çatıb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Oxu.Az-a verilən məlumata əsasən, ilin aprel-iyun aylarında paytaxt Bakı şəhəri istisna olmaqla ölkə ərazisi üzrə ümumilikdə 46 tibb müəssisəsini əhatə edən yoxlama-nəzarət tədbirləri zamanı qidalanma rejiminin təşkili, ərzağın keyfiyyəti, qida bloklarının sanitar-texniki və sanitar-gigiyenik vəziyyəti, qida təhlükəsizliyi tələblərinə əməl olunması yoxlanılıb.

Yoxlama tədbirləri nəticəsində fəaliyyətində ciddi nöqsanlar aşkarlanmış səkkiz tibb müəssisəsi ilə bağlı zəruri məlumatlar toplanaraq hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim olunub, həmçinin bir sıra tibb müəssisələrində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmaması ilə bağlı vəzifəli şəxslər inzibati məsuliyyətə cəlb edilib, aşağıda adları qeyd olunan beş tibb müəssisəsində isə qida təhlükəsizliyi sahəsində isə nöqsanlar az aşkarlanıb və nəticələri qənaətbəxş qiymətləndirilib.

Yoxlamaların nəticələrinə əsasən fəaliyyəti qənaətbəxş qiymətləndirilən tibb müəssisələri:

1. Beyləqan Rayon Mərkəzi Xəstəxanası;

2. Tovuz Rayon Mərkəzi Xəstəxanası;

3. Ağdam Rayon Mərkəzi Xəstəxanası;

4. Şəki Rayon Mərkəzi Xəstəxanası;

5. Zaqatala Rayon Mərkəzi Xəstəxanası.

Aparılan yoxlamaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri