22 
İyn
2021
11:40
23
568
16506
Virtual karabakh

Bakıdakı intiharın görüntüləri - YENİLƏNİB + ANBAAN VİDEO

22 İyn, 2021
11:40
16506

Bakıdakı intiharın görüntüləri - YENİLƏNİB + ANBAAN VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda “Azure” biznes mərkəzində şəxsin intihar etməsinin görüntüləri yayılıb. 

Oxu.Az xəbər verir ki, video sosial şəbəkədə yayılıb. 

Videoda şəxsin binadan yıxılma anı əks olunub.

“Report”un əldə etdiyi məlumata görə, 1999-cu il təvəllüdlü Elvin Məmmədov binanın 15-ci mərtəbəsində yerləşən ofislərin birindən özünü atmazdan əvvəl məktub yazıb.

Məktubda qeyd edilir: “Hər şey bura qədərmiş. Həyat bəlkə də çox gözəldir, amma mən yaşamağı bacarmadım. Özünüzə yaxşı baxın. Möhkəm olun, mənə görə pis olmayın. 22 il də bəs edər. Ata, mama, qardaşım, sizi çox istəyirəm”.

Həmin görüntüləri təqdim edirik:

11:32

Bakıda “Azure” biznes mərkəzində ölüm hadisəsi baş verib.

“Report”un hadisə yerində olan əməkdaşının məlumatına görə, binanın 15-ci mərtəbəsində yerləşən ofislərin birindən 1999-cu il təvəllüdlü E.Məmmədov yerə düşüb.

Hadisənin intihar və ya ehtiyatsızlıqdan baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri