22 
İyn
2021
13:16
109
8
1565
Virtual karabakh

İmişli sakinindən odlu silah və narkotik götürülüb - FOTO

22 İyn, 2021
13:16
1565

İmişli sakinindən odlu silah və narkotik götürülüb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Göbəktala kənd sakini Sakit Ağayev saxlanılıb. 

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Məlumata görə, ona məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı oradan narkotik maddə olan heroin və  bir ədəd müvafiq sənədləri olmayan odlu silah, həyətyanı sahədən isə xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş yeddi ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı İmişli RPŞ-də cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri