22 
İyn
2021
14:44
349
13
3217
Virtual karabakh

İki yaşlı Zeynəbə dəstək olaq - FOTO

22 İyn, 2021
14:44
3217

İki yaşlı Zeynəbə dəstək olaq - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İki yaşlı Zeynəbin sizin köməyinizə ehtiyacı var.

Oxu.Az xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə özünün “Facebook” hesabında paylaşım edib.

O bildirib ki, balaca Zeynəbin müalicəsi üçün ailəsinin maddi dəstəyə ehtiyacı var:

“Xahiş edirəm, bu uşağa dəstək olaq. 2019-cu il təvəllüdlü Zeynəb balamız hemangiomadan əziyyət çəkir. Şişkinlik burun və göz arasında daha da böyüyüb. Hazırda həkimlərlə danışıqlar aparılır. Çox güman ki, əməliyyata ehtiyac olarsa, ödənişsiz ediləcək.

Amma ailənin maddi durumu çox da yaxşı deyil. Nə Bakıya gəlməyə, nə də bahalı qan analizlərini verməyə maddi durumları imkan vermir. Qeyd etdiyim kartın balansı boşdur. Nə vəsait toplanarsa, hamısı uşaq üçün sərf ediləcək və çeklər şərh bölümünə əlavə olunacaq. Dostluğumda olan 5000 nəfərin 500 nəfəri belə 1 manatdan ödəniş etsə, böyük yardım etmiş olarıq. İlk vəsaiti özüm ödəyirəm. Lütfən dəstək olun”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri