22 
İyn
2021
15:12
319
10
2104
Virtual karabakh

Şəhidin doğum günündə xatirə lövhəsinin açılışı oldu – FOTO

22 İyn, 2021
15:12
2104

Şəhidin doğum günündə xatirə lövhəsinin açılışı oldu – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Vətən müharibəsi şəhidi Alı Həsənlinin doğum günü münasibətilə onun doğulub boya-başa çatdığı binanın qarşısında xatirə lövhəsinin açılışı olub.  

Oxu.Az-ın əməkdaşı xəbər verir ki, tədbirdə şəhidin ailə üzvləri, dostları, silahdaşları, SOCAR-ın Təhlükəsizlik İdarəsindən olan iş yoldaşları iştirak edib.

Çıxış edənlər şəhidin döyüş yolundan, onun Vətənə bağlılığından söz açıblar.

Qeyd edək ki, Alı Həsənli 2020-ci ilin sentyabrın 21-də təlimlərə cəlb edilib. Sentyabrın 27-dən başlayaraq isə Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatlarında iştirak edib.

Alı Həsənli Füzuli və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə rəşadət göstərib və oktyabrın 21-də şəhid olub.

Şəhid Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

FOTO: Tapdıq Abdullayev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri