22 
İyn
2021
14:56
18
325
6946
Virtual karabakh

Azərbaycanlı kinorejissor vəfat etdi

22 İyn, 2021
14:56
6946

Azərbaycanlı kinorejissor vəfat etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı kinorejissor Çingiz Rəsulzadə vəfat edib.

Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Məlumata görə, 1972-ci il təvəllüdlü Ç.Rəsulzadənin bu gün Şağan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn ediləcək.

Qeyd edək ki, Ç.Rəsulzadə 20 fevral 1972-ci il Bakıda anadan olub. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1992), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qrafik-rəssam ixtisasında, Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq ixtisasında (A.Eşpay, S.Miroşniçenko və V.Fençenkonun kursu) təhsil alıb.

Rusiya istehsalı olan “Həyat haqqında mimlər” (2002) qısametrajlı bədii filminin və “Jestlər.. Barışıq” (2005) sənədli filminin rejissoru və ssenari müəllifi, “İkinci” qısametrajlı bədii filminin ssenari müəllifi, o cümlədən “Kuklalar” (2009) filminin quruluşçu rejissorudur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri