22 
İyn
2021
16:08
136
18
1880
Virtual karabakh

Şəhid ailələri və qazilər üçün vakansiyalar təqdim edildi

22 İyn, 2021
16:08
1880

Şəhid ailələri və qazilər üçün vakansiyalar təqdim edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatı məqsədilə başladılan “Məşğulluq marafonu”na artıq 123 işəgötürən qoşulub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı və ölkəmizin bölgələrində fəaliyyət göstərən həmin işəgötürənlər əsasən xidmət, emal, kənd təsərrüfatı və tikinti sahəsi üzrə fəaliyyət göstərirlər. Onlar elektron sistemə qeyd olunan sahələr üzrə 388 vakansiya təqdim ediblər. Bu vakansiyalar şəhidlərimizin ailə üzvlərinin, müharibədə yaralanmış qazilərimizin işlə təminatı üçün istifadə olunur.

Nazirlik tərəfindən başladılan marafona qoşulmaq istəyən işəgötürənlər bu məqsədlə vakansiyalarını dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri