22 
İyn
2021
16:04
16
146
2924
Virtual karabakh

Restoranlarda işçi heyəti necə formalaşdırılacaq? - RƏSMİ

22 İyn, 2021
16:04
2924

Restoranlarda işçi heyəti necə formalaşdırılacaq? - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Nazirlər Kabinetinin qərarına əsasən xüsusi karantin rejimində şənliklərin keçirilməsi “icaze.e-gov.az” saytı ilə tənzimlənir”. 

Oxu.Az xəbər verir ki, bu barədə Elektron Hökumətin İnkişafı Mərkəzinin Layihə idarəetmə ofisinin müdiri Aynur Qurbanlı məlumat verib.

O bildirib ki, sistemə mühüm səlahiyyətli şəxs, yəni məkanın rəhbər şəxsi “Asan Login” və ya elektron imza ilə giriş edə bilər:

“İlk növbədə o, əməkdaşları barədə məlumatları qeyd edir. İcazələri daxil edir. Əgər əməkdaş əmək müqaviləsi ilə çalışırsa, onun FİN nömrəsi, xidməti müqavilə ilə çalışdıqda isə onun VÖEN məlumatları və FİN məlumatları daxil edilir. Daha sonra onun əməkdaşlarının 80 faizinin COVID-19 pasportunun olub-olmaması yoxlanılır”. 

A.Qurbanlı qeyd edib ki, İcbari Tibbi Sığorta sisteminə inteqrasiya olunduqda bütün məlumatları daxil etdikdən sonra vaksinin vurulub-vurulmaması, birinci və ikinci dozanın qəbulu və immunitet sertifikatının olması yoxlanılır:

“Məkan sahibinə əməkdaşlarının neçə faizinin vaksin olunduğu və COVID-19 pasportunun olub-olmaması ilə bağlı məlumat verilir. 80 faizdən yuxarı əməkdaş vaksin olunubsa, tədbirə icazə veriləcək”.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri