22 
İyn
2021
16:16
83
66
3767
Virtual karabakh

Şadlıq saraylarının rəhbərliyi toy keçirmək üçün nə etməlidir? - AÇIQLAMA

22 İyn, 2021
16:16
3767

Şadlıq saraylarının rəhbərliyi toy keçirmək üçün nə etməlidir? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dövlət Vergi Xidmətindən qeydiyyatdan keçdikdə obyektin məlumatları sistemimizə inteqrasiya olunur”.

Oxu.Az xəbər verir ki, bu barədə Elektron Hökumətin İnkişafı Mərkəzinin Layihə idarəetmə ofisinin müdiri Aynur Qurbanlı məlumat verib.

O bildirib ki, məkan sahibi sistemə daxil olduqda obyekt məlumatlarını Elektron Hökumətin İnkişafı Mərkəzinin sistemində də görə biləcək:

“Sistemdə obyektini qeydiyyatdan keçirməyibsə, bu zaman sahibkar birbaşa Dövlət Vergi Xidmətinə müraciət edərək obyektini qeydiyyatdan keçirməli olacaq. Obyekt qeydiyyatdan keçirildikdə zallar haqqında məlumatları daxil etməlidir. Obyektdə yerləşən zalın adı, zalın sahəsini, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən sahə üzrə limitləri qeyd edirlər. Növbəti mərhələdə tədbirlə bağlı məlumatları qeyd edə bilərlər”.

EHİM rəsmisinin sözlərinə görə, tədbirdən 5 gün əvvəl məlumatlar daxil edilməlidir, beş gündən az müddətdə müraciət etdikdə sistemə girişə icazə verilmir.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri