22 
İyn
2021
16:58
352
12
5767
Virtual karabakh

Bakıda yeni Nəbatat bağı salınacaq

22 İyn, 2021
16:58
5767

Bakıda yeni Nəbatat bağı salınacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Baş Planında ictimai nəqliyyatın genişləndirilməsi, tramvay və velosiped zolaqların salınması məsələsi də yer alır.

Oxu.Az xəbər verir ki, bu barədə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin sektor müdiri Aytac Əkbərli Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində yayımlanan “Ekspert saatı”nda çıxışı zamanı deyib.

O bildirib ki, əhalinin sayı artdıqca alternativ nəqliyyat vasitələrinə də ehtiyac artır:

“Məqsəd insanlar üçün ictimai nəqliyyatın əlçatan olmasına çalışmaqdır. Bakıda hibrid yaşıl dəhlizlərin salınması nəzərdə tutulur ki, bu da yaşıllıqların artırılmasına xidmət edəcək. Göllərin regenerasiyası məsələsi çərçivəsində Xocasən gölü ətrafında yeni Nəbatat bağının salınması nəzərdə tutulur. Milli parklarımızın ərazisinin genişləndirilməsi planlaşdırılır”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri