22 
İyn
2021
17:08
65
9
1197
Virtual karabakh

ANAMA yanında İctimai Şuraya namizədlər müəyyənləşdi - FOTO

22 İyn, 2021
17:08
1197

ANAMA yanında İctimai Şuraya namizədlər müəyyənləşdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci il 21 iyun tarixində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuraya üzvlərin seçilməsi üçün vətəndaş cəmiyyəti institutlarının təmsilçilərindən ibarət birgə yığıncaq keçirilib.

Yığıncaqda İctimai Şuranın Komissiya üzvləri, vətəndaş cəmiyyəti institutları nümayəndələri iştirak edib. 

Səsvermədə qeydiyyatdan keçən 103 vətəndaş cəmiyyəti institutu nümayəndəsindən 89 seçici iştirak edib, 2 bülleten komissiya üzvləri tərəfindən etibarsız sayılıb. Nəticədə İctimai Şuraya qeydiyyatdan keçmiş 9 vətəndaş cəmiyyəti təmsilçisindən 7 üzv seçilib. 

Namizədliyi irəli sürülmüş şəxslərin hər biri minatəmizləmə, minadan zərərçəkənlərə yardım, tədqiqat və maarifləndirmə, minadan zərərçəkənlərin hüquqlarının qorunması, mina qurbanlarının sosial reabilitasiyası sahəsində müvafiq təcrübəyə malikdirlər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri