22 
İyn
2021
18:04
31
251
3075
Virtual karabakh

Bakıda neçə hektar yaşıllıq ərazi var? - AÇIQLAMA

22 İyn, 2021
18:04
3075

Bakıda neçə hektar yaşıllıq ərazi var? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakının inzibati ərazisi 213 500 hektar sahəni əhatə edir ki, bunun da 11 588 hektarı yaşılıq açıq ərazilərdir. Bu isə 5,43 faiz deməkdir.

Oxu.Az xəbər verir ki, bu barədə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin sektor müdiri Aytac Əkbərli Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində yayımlanan “Ekspert saatı”nda çıxışı zamanı deyib.

O bildirib ki, 2040-cı ilə qədər əlavə olaraq 9 762 hektar artırılması nəzərdə tutulur:

“Bu, çox böyük rəqəmdir. Bakı şəhər Memarlıq və Şəhərsalma İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə bu məsələlərin həllinə nəzarəti həyata keçirəcək”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri