23 
İyn
2021
01:13
13
460
7935
yuxarı
Valideynləri “Bizimləsən” verilişində axtarırdı, meyiti dənizdən tapıldı
23 İyn, 2021
01:13
7935
13
460
Valideynləri “Bizimləsən” verilişində axtarırdı, meyiti dənizdən tapıldı
Sumqayıtda itkin kimi axtarışda olan şəxsin dənizdə boğulduğu müəyyən edilib.
APA xəbər verir ki, axşam saatlarında Xəzər dənizinin Sumqayıt sahilində “Katamaran” istirahət mərkəzinin ərazisində dənizdən kişi meyiti tapılıb.
Aparılan araşdırma zamanı boğulan şəxsin 2005-ci il təvəllüdlü Zalov Qubad Xəqani oğlu olduğu müəyyənləşib. Mərhumun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, 16 yaşlı yeniyetmə iyunun 20-dən evdən çıxması və bir daha geri qayıtmaması ilə bağlı valideynləri ATV-də yayımlanan “Bizimləsən” verilişinə müraciət etmişdi. Məlumata görə, Q.Zalov atasının ona şillə vurmasına görə yaşadığı evi tərk edibmiş.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Cəmiyyət xəbərləri
17 
May
2022
00:59
Vəfat etdiyi deyilən tanınmış jurnalist İradə Cəlillə bağlı MƏLUMAT - YENİLƏNİB
9
172
4021
16 
May
2022
20:00
İlham Əliyevdən II Yelizavetaya dəyərli hədiyyə - Xəbərlərin 20:00 buraxılışı
52
93
766