23 
İyn
2021
11:08
95
15
6091
Virtual karabakh

Kondisionerdən necə istifadə etsək xəstələnmərik?

23 İyn, 2021
11:08
6091

Kondisionerdən necə istifadə etsək xəstələnmərik?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yay mövsümündə insanlar isti küçədən kondisioner işləyən otağa keçəndə zökəm (soyuqdəymə) riski ilə üzləşə bilərlər”.

Rusiyalı terapevt Tatyana Romanenko “Sputnik” radiosuna verdiyi müsahibədə bu barədə danışıb.

Mütəxəssisin fikrincə, temperaturun qəfil dəyişməsinə imkan vermək olmaz. Xüsusilə otaqdakı və ya avtomobildəki havanı tədricən soyutmaq lazımdır və temperatur aralığı 6-8 dərəcədən çox olmamalıdır.

Bundan əlavə, Romanenko kondisionerin düzgün quraşdırılmasının vacibliyini də vurğulayıb. Həkim bildirib ki, kondisioner birbaşa insanın başının üstündə olmamalı və sərin havanı birbaşa ona vurmamalıdır.

Cihazla insan arasında məsafə 1.5-2 metr olmalıdır.

Mütəxəssis qeyd edib ki, kondisionerdə toz və bakteriyanın yığılmasının qarşısını almaq üçün filtrlər daim təmizlənməlidir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri