23 
İyn
2021
16:56
13
370
3625
Virtual karabakh

Azərbaycanda iki uşaq qohumu tərəfindən zorakılığa məruz qalıb

23 İyn, 2021
16:56
3625

Azərbaycanda iki uşaq qohumu tərəfindən zorakılığa məruz qalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zorakılıq qurbanı olan daha iki azyaşlı sığınacağa qəbul edilib.

Oxu.Az xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.

Məlumata görə, gecə zorakılıq qurbanı olan bacı və qardaşı sığınacağa götürüblər:

“2019-cu ildə narkotik istifadəçisi olan ata analarını qətlə yetirib. Uşaqlar deyir ki, “gecə 12-də səsə oyananda anamızı yerdə xırıldayan gördük. Anamızın qırıq səsindən güclə anladıq dediyini. Bizə dedi ki, “gedin uşaq evinə, bunların yanında qalmayın”.

Uşaqların ana qohumları onlardan imtina edib. Cinayət törətmiş şəxsin qohumlarına vermək də səhv addımdır. Amma nə isə çox güman ki, qəyyumluq puluna görə uşaqları bibi götürüb. Elə bundan sonra uşaqların başqa kabusu başlayıb.

İlkin məlumata görə, bibinin oğlu fiziki zorakılıq göstərib. Hələ bildiyimiz budur, araşdırmalardan sonra ortaya nələr çıxacaqsa, onu psixoloqlar deyəcək. Dünən zorakılıq etdiyi deyilən şəxsə məhkəmə qərarı ilə 15 sutka iş kəsilib. Bu gün yəqin ki, qəyyumluq sərəncamı da ləğv olunacaq.

İki uşağın yaşadığı həyat deməyim, faciənin reabilitasiyası nə qədər davam etməlidir ki, onlar ən azından acılarını unutsunlar? Uşaqlar isə deyir ki, “bibim bizi qorxudurdu ki, uşaq evinə getməyin, ora çox pisdir. Xala, bibim yalan deyirmiş...”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri