23 
İyn
2021
17:48
328
8
1558
Virtual karabakh

42 şəhid ailəsi üzvü və müharibə iştirakçısı işlə təmin edildi

23 İyn, 2021
17:48
1558

42 şəhid ailəsi üzvü və müharibə iştirakçısı işlə təmin edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) korporativ sosial məsuliyyəti çərçivəsində milli həmrəylik prinsipindən çıxış edərək Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və bu müharibədə yaralanmış qəhrəmanlarımızın məşğulluğunun təminatına dəstək göstərib.

Bu barədə ASCO məlumat yayıb.

Məlumata görə, ASCO üzrə postmüharibə dövründə şəhid ailəsi üzvləri və qazilərdən ibarət 42 nəfər işlə təmin olunub. İşə götürülənlərdən 5-i şəhid ailəsi üzvü, 37-si Vətən müharibəsi iştirakçısıdır.

Bundan başqa, ASCO Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və qazilərin işlə təminatı məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin başlatdığı “Məşğulluq marafonu”na da qoşulub. Belə ki, nazirliyin elektron sisteminə ASCO tərəfindən müxtəlif vəzifələr üzrə vakansiyalar təqdim olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri