24 
İyn
2021
10:00
8
180
2954
Virtual karabakh

Bakıda 15 yaşlı oğlan itkin düşüb - FOTO

24 İyn, 2021
10:00
2954

Bakıda 15 yaşlı oğlan itkin düşüb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda yeniyetmə itkin düşüb. 

Bu barədə Oxu.Az-a itkin düşən 2006-cı il təvəllüdlü Alışov İsa Gülbala oğlunun anası Ələkbərzadə Vüsalə məlumat verib.

Ananın sözlərinə görə, oğlu iyunun 20-si evdən çıxıb və bir daha geri qayıtmayıb:

“Oğlum ayın 20-dən bir gün əvvəl dostlarından birinin evində qalıb. Səhər evə gəldi və soruşanda hansı dostunun evində qaldığını demədi. Ayın 20-si mən işə getmişdim, qardaşı ilə birlikdən evdən çıxıblar. Qardaşı deyir ki, İsa 8-ci kilometr bazarı adlanan yerin yaxınlığında ayrılıblar. Düşəndə deyib ki, anama axşam dostumgildə qalacağımı de. Birinci gün birbaşa işə, ananın yanına gedəcəyəm. Qardaşı deyib getmə, ana əsəbiləşəcək, amma İsa yolda düşüb. Ondan sonra nə zəng edib, nə də evə gəlib. 

Evdən çıxanda əynində boz köynək, cins şalvar, qara çanta olub. Dostları ilə danışırıq, deyirlər, bilmirik. Məsələ ilə bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə ərizə yazmışıq. Axtarışlar aparılır”.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsindən faktı Oxu.Az-a təsdiqləyiblər.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri