24 
İyn
2021
19:12
18
273
2763
yuxarı
Bakıda yolun çökməsi sürücülərə qəza şəraiti yaradır - VİDEO
24 İyn, 2021
19:12
2763
18
273
Bakıda yolun çökməsi sürücülərə qəza şəraiti yaradır - VİDEO
Bakının mərkəzi küçələrinin birində asfalt örtüyü dağıdılıb.
Bu barədə Oxu.Az-ın redaksiyasına vətəndaşlar tərəfindən videogörüntü göndərilib. Məlumata görə, söhbət İzzət Nəbiyev küçəsindən gedir. İkitərəfli hərəkət olan yolun sağ hərəkət zolağında asfalt örtüyünün bir hissəsi yarasız hala düşüb.
Vətəndaşın sözlərinə görə, mütəmadi olaraq istifadə etdiyi yol artıq bir həftəyə yaxındır ki, bu haldadır:
“Nəqliyyat vasitəsi bu ərazidən keçə bilmir. Sürücü məcburdur ki, qarşı hərəkət zolağına çıxsın. Bu zaman isə qəza şəraiti yaranır. Məsələ ilə bağlı isə tədbir görən yoxdur”.
Könül Cəfərli
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək